Vissam Ben Yedder saxlanılıb.
"Football-plus.az" xəbər verir ki, “Monako”nun kapitanı cinsi təcavüzdə ittiham olunur.
Nitsa məhkəməsində 32 yaşlı hücumçuya qarşı “zorlama, zorlamaya cəhd və cinsi təcavüz” ittihamları irəli sürülüb. İyunun 13-də iki qız futbolçuya qarşı məhkəmədə iddia qaldırmışdı. 19 və 20 yaşlı qızlar onu cinsi təcavüzdə ittiham etmişdilər. Vissam 900 min avro girov qoymaqla sərbəst buraxıla bilər. Maraqlıdı ki, onun qardaşı da eyni ittihamlarla məsuliyyətə cəlb olunub.