Kurtua “Barselona”ya qarşı oynayacaq?

28.04.2026 18:25 44
Dünya futbolu
Tibo Kurtuanın səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Real”ın əsas qapıçısı zədəsini sağaltmağa yaxındı. o, mart ayının ortalarından bəri meydana çıxmayıb, lakin geri dönməyə hazırlaşır.

COPE-nin yaydığı məlumata görə, belçikalı futbolçu “Barselona” ilə oyuna qədər tam sağalacaq. Onun prinsipial matçda iştirak edəcəyi gözlənilir.

Madridlilərin “Barselona” ilə səfər oyunu mayın 10-da keçiriləcək.