Kurtua ilə bağlı xoş xəbər

21.11.2024 16:12 338
Dünya futbolu
Tibo Kurtuanın səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

Belçikalı futbolçu artıq məşqlərə başlayıb. “Real”ın qapıçısının zədəsinin bərpası çox sürətlə gedib. İspaniya mənbələrinə görə, Tibo İspaniya çempionatının 14-cü turunun “Leqanes” ilə oyununda yaşıl meydanda olacaq. Qeyd edək ki, o, komandasının müxtəlif turnirlərdə keçirdiyi son 3 matçını buraxıb.

Kurtuanın əsas əvəzləyicisi Andrey Lunin həmin oyunlarda topu 7 dəfə tordan çıxarmalı olub.