Kurtua sıraya nə vaxt dönəcək?

20.11.2024 20:03 357
Dünya futbolu
Tibo Kurtuanın səhhəti ilə bağlı növbəti xəbər yayılıb.


Belçikalı futbolçu tezliklə sıraya dönəcək. “Real”ın qapıçısının zədəsinin bərpası çox yaxşı gedir. İspaniya mənbələrinə görə, Tibo İspaniya çempionatının 14-cü turunun “Leqanes” ilə oyununda yaşıl meydanda olacaq. Qeyd edək ki, o, komandasının müxtəlif turnirlərdə keçirdiyi son 3 matçını buraxıb.

Kurtuanın əsas əvəzləyicisi Andrey Lunin həmin oyunlarda topu 7 dəfə tordan çıxarmalı olub.