Şahruddin cəzalı duruma düşdü

14.10.2025 10:44 10
Ölkə futbolu
Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukraynaya qarşı keçirilən görüşün 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

"Football-plus.az" xəbər verir ki, bu, təcrübəli qolkiperin cari seçmə mərhələdə aldığı ikinci sarı vərəqədi. Bu səbəbdən də Şahruddin cəzalı duruma düşüb. O, noyabrın 13-də Bakıda İslandiyaya qarşı keçiriləcək matçda meydana çıxa bilməyəcək.

Xatırladaq ki, qapıçı seçmə mərhələdəki ilk sarı vərəqəsini Bakıda Ukraynaya qarşı keçirilən görüşdə (1:1) almışdı.