"Qarabağ"ın müdafiəçisi "Sabah"la oyunda iştirak etməyəcək - SƏBƏB

4.02.2023 14:57 316
Premyer-liqa
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə cəzalı duruma düşüb.

Football-plus.az xəbər verir ki, buna onun Misli Premyer Liqasının 21-ci turunda hazırda davam edən "Kəpəz"ə qarşı matçda bu mövsüm 4-cü sarı vərəqə alması səbəb olub. Beləliklə, 25 yaşlı müdafiəçi ölkə çempionatının 22-ci turunda "Sabah"la görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" oyunu fevralın 11-i keçiriləcək.