Coy-Lens Mikels nə vaxt qayıdacaq? – klubdan açıqlama

8.10.2025 23:31 108
Aktual / Ölkə futbolu
Misli premyer-liqasının 7-ci turunda “Karvan-Yevlax”la oyunun son saniyələrində “Sabah”ın hücumçusu Coy-Lens Mikels Kamran İbrahimovla top uğrunda mübarizə zamanı ağır xəsarət almışdı. Klub isə sonradan zədənin ciddi olmadığını, hansısa sınıq və ya çıxığın qeydə alınmadığını bildirdi.

Bəs Coy-Len nə vaxt qayıdacaq? Artıq üç gün keçib. Bu barədə dəqiq məlumat varmı? Bunu klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan soruşduq:
“Bu məsələ bərpa prosesindən asılı olacaq. Hazırda Mikelsin müalicəsi davam edir. Bərpa prosesinə uyğun olaraq, hansı müddətdən sonra məşqlərə başlayacağı bilinəcək. Hazırda nə vaxt qayıdacağı ilə bağlı dəqiq tarix bildirmək mümkün deyil. Hər futbolçuda bərpa prosesi fərqli müddəti əhatə edə bilər”.
MÜZƏFFƏR QULUZADƏ