Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FİFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları Azərbaycana gəlməyə başlayıblar.
"Football-plus.az" xəbər verir ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq ölkəmizdədi.
Dünən festivalda iştirak edəcək Nikaraqua milli komandası Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bununla da turnirin təşkilati və qarşılama mərhələsinə rəsmən start verilib.
Oktyabrın 22-dən 30-dək davam edəcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək turnirin yüksək standartlara uyğun təşkili üçün bütün hazırlıq işləri tamamlanıb.
Nikaraqua millisi Bakıya gəldi
Ölkə futbolu





