“Barselona” UEFA-dan rədd cavabı alıb.
"Football-plus.az" xəbər verir ki, Avropanın ali futbol təşkilatı İspaniya klubunun Çempionlar Liqasının 1/4 finalının “Atletiko” ilə ilk oyunundakı (0:2) hakim qərarları ilə bağlı şikayətini rədd edib.
Xatırladaq ki, mübahisəli epizod matçın 54-cü dəqiqəsində yaşanmışdı. Qapıçı Xuan Mussonun ötürməsindən sonra top “Atletiko”nun müdafiəçisi Mark Pubilin əlinə dəymiş, hakim İştvan Kovaç qayda pozuntusuna görə penalti təyin etməmişdi. Oyundan sonra “Barselona”nın rəhbərliyi hakimin qərarından narazılığını bildirərək UEFA-ya etiraz etmişdi.
UEFA-nın rəsmi saytında dərc olunan məlumata görə, Nizam-İntizam Komitəsi etirazı qəbuledilməz sayıb.