İAM RFF-nin şikayətini rədd etdi

25.02.2025 15:19 263
Dünya futbolu
İdman Arbitraj Məhkəməsi (İAM) Rumıniya Futbol Federasiyasının (RFF) apellyasiya müraciətinə baxıb. RFF bu instansiyadan rədd cavabı alıb.

"Football-plus.az" xəbər verir ki, rumınlar İAM-a UEFA-nın qərarından şikayət etmişdilər.

Qitə futbol təşkilatı ötən il Millətlər Liqasında keçirilən Rumıniya - Kosovo matçında baş verən insidentə görə hər iki tərəfə sanksiya tətbiq etmişdi.

Xatırladaq ki, noyabrın 15-də Buxarestdəki matçın son dəqiqələrində qonaq komandanın oyunçuları yerli azarkeşlərin “Serbiya, Serbiya” qışqırıqlarına etiraz əlaməti kimi meydanı tərk etmişdilər. UEFA-nın Nizam-İntizam Komitəsi (NİK) buna görə Kosovo yığmasına 0:3 hesablı texniki məğlubiyyət vermiş, RFF-yə 128 min avro cərimə kəsmiş, Rumıniya yığmasının isə növbəti ev oyununu tamaşaçısız keçirməsinə qərar vermişdi.

İAM NİK-in qərarlarını qüvvədə saxlamaqla RFF-nin şikayətinin əsassız olduğunu qeyd edib.