La Liqadan “Real”a rədd cavabı

15.04.2025 11:54 10
Dünya futbolu
“Real” rəhbərliyi İspaniya La Liqasına müraciətinə mənfi cavab alıb.

“Cadena SER”in məlumatına görə, Madrid klubu futbol qurumundan İspaniya çempionatının 31-ci turunun “Alaves”lə matçının vaxtının dəyişdirilməsini xahiş edib. “Real” bazar gününə təyin olunan oyunu şənbə günü keçirməklə Çempionlar Liqasının 1/4 finalının “Arsenal”la cavab oyununa hazırlaşmaq üçün daha çox vaxtın olmasını istəyib. Lakin La Liqanın rəhbərliyi bu müraciəti rədd edib.

Xəbərdə “Alaves” rəhbərliyinin oyunun vaxtının dəyişdirilməsinə razı olduğu da qeyd edilib.