Elvin Yunuszadə hardadı?

13.04.2026 10:37 76
Aktual / Ölkə futbolu
“Karvan-Yevlax”ın “Kəpəz”i darmadağın etdiyi oyunda kapitan sarğısı Vadim Abdullayevin qolunda idi. “Qarabağ” önündəki darmadağının iştirakçısı olan Elvin Yunuszadə isə nə start heyətindəydi, nə də ehtiyat oyunçular skamyasında.

Maraqlıdı ki, həftə boyunca da onun hansısa səbəbdən oyunu buraxacağı haqda nəsə deyilməmişdi. Onda ortaya belə sual çıxır: Elvin hardadı?

Oyunsonrası iclasda Elvinin baş məşqçi Fizuli Məmmədova cavab qaytarması, məhz bu üzdən heyətə salınmaması haqda da söhbətlər var. Heç bir cəzası olmayan təcrübəli müdafiəçinin meydanda olmamasının səbəbii klubun mətbuat katibi Bəhruz Musayevdən soruşduq. Onun dediyinə görə, oyundan əvvəl Yunuszadə zədələnib. Futbolçu ilə heç bir problemi olmayan Fizuli Məmmədov risk etməmək üçün onun adını protokola da salmayıb.

33 yaşlı müdafiəçi bu mövsüm 19 oyunda meydanda olub. Sarı vərəqə limiti səbəbindən bir oyunu buraxıb.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul