Elvin Yunuszadə üçün xüsusi matç

9.12.2025 11:34 9
Ölkə futbolu
“Karvan-Yevlax”ın futbolçusu Elvin Yunuszadə ölkə çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 33 yaşlı müdafiəçinin yubileyi Misli premyer-liqasının 14-cü turuna təsadüf edib.

Elvin “Şamaxı” ilə ev matçına (0:3) start heyətində çıxıb. O, yubiley görüşündə 69 dəqiqə meydanda olub.

Yunuszadə 200 oyunda 8 qola imza atıb.

Müdafiəçi 7 fərqli klubda forma geyib. Elvin “Neftçi”də 75 (1 qol), “Qarabağ”da 52 (3 qol), “Simurq”da 31 (2 qol), “Səbail”də 23 (2 qol), “Karvan-Yevlax”da 12, “Kəpəz”də 5, “Sabah”da 2 dəfə meydana çıxıb.

O, ölkə çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 157-ci futbolçu olub. Elvin “200”ə cari mövsümdə çatan 3-cü oyunçudu. Onadək Filip Ozobiç və Elvin Bədəlov buna bacarıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul