“Hələ gücüm var və futbol oynamaq istəyirəm” – Elvin Yunuszadə hardadı?

26.12.2023 15:35 317
Aktual / I liqa
Elvin Yunuszadə son iki oyuna (1 çempionat, 1 kubok) "İrəvan"ın heyətində görünməyib.

Təcrübəli müdafiəçinin adı heç iştirak ərizəsinə də daxil edilmir. Dünən 1-ci liqada 12-ci turu start götürdü. "Araz Saatlı" - "İrəvan" görüşündə də Elvinin adı iştirak ərizəsində yox idi. Bir neçə həftədi zənglərimizə cavab verməyən futbolçunu axır ki tapa bildik. Yığmamızın sabiq üzvünün "football-plus.az" saytına açıqlaması belə oldu:

"İrəvan"la heç bir problemim yoxdu. Həm rəhbərlik, həm də futbolçular ilə münasibətim qaydasındadı. Sadəcə, zədəm var idi, ona görə şans qazana bilmirdim. Artıq zədəm sağalmaq üzrədi. İnşallah, çempionatın 2-ci yarısında yenidən məni meydanda görəcəksiz. Hələ gücüm var və futbol oynamaq istəyirəm".

ABDULLA İSMAYILOĞLU