• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Üç gündə üç FİFA referisi ifşa olundu! - "Hakimləri bu qədər gərgin, düşüncəli gördüyümü xatırlamıram"

Ölkə futbolu / Manşet

10-04-2026, 16:0

AFFA Hakimlər Komitəsi ötən ilin iyulunda premyer-liqada iş başında ola biləcək hakimlərin siyahısı təsdiqləyəndə yetərincə ümidliydik. Siyahıda nə az, nə çox - 14 ədalət təmsilçisinin adı var idi. Özü də onlardan dördü həm də beynəlxalq matçlara təyinat alacaqdı. Yəni FİFA referisi idilər. Söhbət Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Tural Qurbanovdan gedir. Düzdü, Tural Qurbanov ilk beynəxlaq matçını cəmi 10 gün əvvəl – martın 30-da idarə etdi. Başda Əliyar Ağayev olmaqla digər FİFA referilərindən daha gözəl idarəçilik tələb etməyə haqqımız var. Bəs əvəzində nə görürük?

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” matçında “bozqurd”un xeyrinə iki penaltini təyin etməli olduğu halda “nöqtə”ni göstərməyən Əliyar Ağayev və həmin matçın VAR hakimi Cavid Cəlilov cəzalandı. O başqa məsələ ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov daha əvvəl də Əliyar bəyin səhvini etiraf etmişdi. Beləliklə, ölkəmizin ən təcrübəli ədalət təmsilçisini bir neçə turluq itirdik. Gözümüzü qalanlarına dikmişdik ki, srağagün Rəhim bəy növbəti acı xəbəri bizimlə paylaşdı. Bəlli oldu ki, Misli premyer-liqasının 26-cı turunun “Sumnqayıt” – “Neftçi” matçının baş hakimi Kamal Umudlu ilə “Zirə” – “Şamaxı” oyununun baş hakimi Elçin Məsiyev də yanlış qərarlar verib. Heç şübhəsiz, Rəhim Həsənov səhvi açıqlayıbsa, onların azı növbəti turda iş başında olmayacağı dəqiqdi. Hazırda alnıaçıq, üzüağ yeganə FİFA referisi Tural Qurbanovdu ki, o da hər an “yana bilər”. Hər halda, Tural bəyi bağışlamağa bəhanə tapa biləcəyik. Yuxarıda da vurğuladığımız kimi, gəncdi. Həm də görünür, AFFA Hakimlər Komitəsi elit hakimliyə namizədlərin və elit köməkçi hakimlərin köməyinə daha çox ehtiyac duyacaq. Mövsümün ən gərgin vaxtında təcrübəsiz hakimlərin fəaliyyətindən yararlanmaqdan başqa çıxış yolunun olmaması, əlbəttə, acınacaqlıdı. Bəs illərin təcrübəsini qazananların səhvləriylə hara qədər irəliləyə biləcəyik? Necə əmin olaq ki, Tural Qurbanov da başqalarının davamçısı olmayacaq? Ümumiyyətlə, loru dildə desək, hakimlik niyə bu gündədi?

Ümumi mənzərə və qeyd olunan məsələlər ilə bağlı sabiq FİFA referisi, "Futbol+"in daimi eksperti Fariz Yusifovun da fikrini öyrəndik:

“Premyer-liqada sonuncu dövrədi. Bütün komandalar nəinki hər xal, hər epizod uğrunda mübarizə aparır. Bizim dönəmimizdə də belə idi. Son turlar həddən artıq gərgin keçirdi. İş ondadı ki, biz bu matçlara çox ciddi yanaşırdıq. Oyunlara həm fiziki, həm psixoloji, həm də mənəvi cəhətdən tam hazır olurduq. Bəli, bizim də xırda səhvlərimiz olurdu. Amma vəziyyət bu qədər pis deyildi. Çox təəəssüfləndirici haldı. O vaxt klub rəhbərləri çıxıb ağzına gələni danışmırdı. İndi isə təcrübəli hakimlər səhvlərə yol verir və baş məşqçilər, klub rəhbərləri haqlı şəkildə buna etiraz edir. Məncə, yanlış qərarları gənc ədalət təmsilçiləri versələr, bu qədər müzakirə olunmaz. Ən yaxşı sayılan ədalət təmsilçilərinin belə davranması hamını, eləcə də məni məyus edir. Həm AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovdan, həm də hakimlərdən xahiş edirəm ki, daha diqqətli olsunlar. Bu gün xal itirənlərin əksəriyyəti dərhal hakimləri hədəfə alır. Odu ki, onların üzərində əlavə təzyiq yaranır. Mən hakimləri bu qədər gərgin, düşüncəli gördüyümü xatırlamıram. İş o həddə çatıb ki, Rəhim Həsənov özü hakimlərin səhvini deyir. Görünür, ədalət təmsilçilərinin hazırlıq dönəmi zəif keçib. Düşünürəm ki, martda olan milli fasilədə hakimlər də təlim-məşq toplanışı keçməliydi. Yenə də gec deyil. Qısamüddətlik də olsa, ya Bakıda, ya da bölgələrin birində, məsələn, Qəbələdə toplaşmaq olar. Belədə hakimlərin psixoloji durumu yaxşılaşar. Bütün hakimlərdən ən tez zamanda toparlanmağı xahiş edirəm. Ən əsası, VAR-a arxayın olmamalıdılar. Epizodları diqqətlə izləməli, maksimum yaxında qərarlaşmalıdılar. Son dövrədə hamı kimi hakimlərin də məsuliyyəti birəbeş artmalıdı. Ədalət təmsilçiləri oyunları təyinat aldıqları gündən bəri yaşamalı, hiss etməyə başlamalıdılar. Bu cür oyunları yola vermək olmaz”.

Fariz bəy Əliyar Ağayevlə Cavid Cəlilovun cəzalanması haqda da danışdı:

“Belə hakimləri, xüsusilə Əliyar Ağayevi bir səhvə görə silmək olmaz. Təcrübələrini nəzərə alsaq, hakimlərin üstündən asanlıqla xətt çəkilməməlidi. Ədalət təmsilçiləri matçın taleyini kürəyində daşıyır. Buna layiq çıxış etməlidilər. FİFA referilərinin məsuliyyəti daha çoxdu. Çünki gənclər onlardan örnək götürür. Təbii ki, Əliyar Ağayev səhv edəndə gənc hakim özünü sorğulayacaq, ruhdan düşəcək”.

Sabiq FİFA referisi əcnəbi hakimlərin dəvət olunması variantını da dəyərləndirdi:

“Tərəfdarı deyiləm. Bizim vaxtımızda da sınandı, amma effekt vermədi. Əcnəbilər özümüzküləri nüfuzdan salacaq. İnanın ki, bizimkilər bir-iki tur problemsiz idarəçilik etsə, sonra daha yaxşı olacaqlar”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

16-12-2024, 20:0

FİFA referilərimizin yeni siyahısı

Aktual / Ölkə futbolu

16-04-2025, 09:0

AFFA-dan Əliyar Ağayevlə bağlı şok məqama dair açıqlama - reallıq nədi?

Dünya futbolu

28-02-2023, 13:0

Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal matçını idarə edəcək

Dünya futbolu

11-04-2023, 13:0

Əliyar Ağayev Yunanıstanda təxirə salınmış oyuna dəvət olundu

Aktual

1-04-2022, 20:0

Əliyar Ağayev Superliqa oyununu idarə edəcək

Premyer-liqa

25-08-2022, 18:0

Turun əsas oyunu Əliyar Ağayevə tapşırıldı

Aktual
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Son xəbərlər
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 176
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə