Əliyar Ağayev Superliqa oyununu idarə edəcək

1.04.2022 20:30 947
Aktual
FİFA referisi Əliyar Ağayev növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FİFA referisi Ə.Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun 3-cü turu çərçivəsində aprelin 3-də keçiriləcək “Olimpiakos” – AEK oyununun baş hakimi olacaq.