1-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa"nın üzvü Tərlan Quliyev mükafatlandırılıb.
"Football-plus.az" xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı 21-ci turun "Şəfa" - "Səbail" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.