Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

12.02.2026 20:12 17
Ölkə futbolu
1-ci liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Səbail"in üzvü Ruslan Voronsov mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 14-cü turun "Səbail" - "Şəfa" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.