Ayın qolunun müəllifi mükafatlandırıldı

15.04.2025 20:24 4
Ölkə futbolu
2-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində "Lerik"in futbolçusu Rəvan Quluzadə mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafat 21-ci turun "Lerik" – "Dinamo" oyunundan əvvəl verilib.

Mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.