Bu gün AFFA-nın Hesabat konfransı keçirilib.
Konfransdan sonra jurnalistlər önünə çıxan AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumda yaşanan ayrılıqla bağlı məlumat verib:
“Kadr dəyişikliyi əsas istiqamətlərimizdəndi. Administrativ tərəfdən baxsaq, İT sahəsindən İnkişaf Departamentinə qədər futbol adamları olsun... Bəxtiyar Musayev, Qara Qarayev federasiyanın fəaliyyətinə qoşuldu. İslahatlar davam edir. Cahangir Həsənzadə AFFA ilə əməkdaşlıq edirdi. Bu gün onun son günüdü. Növbəti aylarda onun vəzifəsinə təyinat ola bilər”.
Xatırladaq ki, ötənlərin məşhur qapıçısı Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsində çalışırdı.
MÜZƏFFƏR QULUZADƏ