Millimizin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçildi

15.11.2022 15:11 361
Ölkə futbolu
AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.

Football-plus.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar həmin komitənin iclasında verilib.

Qeyd edək ki, 2020-ci ildə AFFA-nın Texniki direktoru olan 43 yaşlı Həsənzadə. Azərbaycan yığmasının sabiq qapıçısıdı. O, karyerasında "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klubların formasını geyinib.