Yayda Münheni tərk edəcək

7.02.2025 23:36 268
Dünya futbolu
Erik Dayer bir neçə aydan sonra klubunu tərk edəcək.

“Bavariya”nın 31 yaşlı müdafiəçisi Münhen klubundan ayrılacaq. Dayer sürəti aşağı olduğu üçün baş məşqçi Vensan Kompaninin tələblərinə uyğun deyil. O, cari mövsümdə “Bavariya”da 12 matçda meydana çıxmaq şansı qazanıb. Rəhbərli Kompaninin istəyi ilə Dayerə yeni müqavilə təklif etməyəcək.

İngiltərəli futbolçu Almaniya klubunda 2024-cü ilin yanvarından çıxış edir.