İngiltərə klubu satılacaq?

30.03.2026 21:30 10
Dünya futbolu
Səudiyyə Ərəbistanının Suveren Fondu “Nyukasl” klubunun satılacağı haqda yayılan iddiaya reaksiya verib.

"Football-plus.az" xəbər verir ki, son vaxtlar Yaxın Şərq sərmayədarlarının İngiltərə klubuna marağının azaldığı və klubu satmağa hazır olduqları barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Fondun daxilindəki mənbələrin məlumatına görə, “Nyukasl” satışa çıxarılmayıb və bu yöndə hər hansı dəyişiklik gözlənilmir. Hazırkı sahiblərin kluba böyük vəsait xərcləməməsi isə yeni stadion və məşq bazası məsələləri həll olunana qədər davam edəcək.

Qeyd edək ki, bu problemlər yoluna qoyulmayana qədər Sandro Tonali və onun kimi aparıcı futbolçuların komandadan ayrılacağı ehtimal edilir

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul