“Everton”un sahibi Fərhad Moşiri klubu satmağa hazrlaşır.
"Football-plus az" xəbər verir ki, Böyük Britaniya mətbuatının məlumatına görə, Moşiri ABŞ-lı biznesmen Matsek Kaminski ilə danışıqlar aparır. Tərəflərin razılaşmaya yaxın olduqları bildirilib. Moşiri Liverpul klubunu 400 milyon funt sterlinqə satmağı düşünür. Bu planı baş tutacağı halda İngiltərə premyer-liqasında sahibi ABŞ-li iş adamlarının olduğu klubların sayı 10-a çatacaq.