Babək Quliyev Konfrans Liqasının oyununda

16.12.2025 10:55 19
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Konfrans Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) - “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.