Tezliklə komandasına kömək edəcək

28.03.2026 18:54 19
Dünya futbolu
Ruben Loftus-Çik tezliklə komandasına kömək edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Milan”ın mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

Fevralın sonunda A seriyasında “Parma” ilə keçirilən oyunda (0:1) Rubenin çənəsi sınmışdı. Yarımmüdafiəçinin mövsümün qalan hissəsində yaşıl meydandan kənarda qala biləcəyi gözlənilirdi, amma sağalma prosesi planlaşdırıldığından daha sürətli gedib.

Ruben bu mövsüm 27 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.