Tezliklə sıraya dönəcək

26.02.2025 09:34 253
Dünya futbolu
Mark-Andre ter Ştegen ilə bağlı sevindirici xəbər yayılıb.

O, tezliklə sıraya dönəcək. “Barselona”nın qaıçısı artıq məşqlərə başlayıb. Alman futbolçu ötən ilin sentyabrında keçirilən “Vilarreal” ilə matçda ağır zədə almışdı. O vaxtdan heç bir oyunda görünməyən Mark-Andrenin yaxın zamanda komandasına kömək etmək şansı var.

Qeyd edək ki, əlcək sahibi bu mövsüm 7 oyunda 7 qol buraxıb.