Millimizin AÇ üçün ilkin heyəti - SİYAHI

26.03.2026 15:00 9
İdman
16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, qitə yarışında ölkəmizi təmsil edəcək ilkin heyət müəyyənləşib.

Azərbaycan Cüdo Federasiyasının açıqladığı ilkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.

Qeyd edək ki, millinin yekun heyəti yarışa bir həftə qalmış açıqlanacaq.

Avropa çempionatı üçün ilkin heyət
Kişilər
-60 kq

Balabəy Ağayev
Əhməd Yusifov

-66 kq
Ruslan Paşayev

-73 kq
Hidayət Heydərov

-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli

-90 kq
Murad Fətiyev

-100 kq
Zelim Kotsoyev

+100 kq
Kənan Nəsibov

Qadınlar
-48 kq

Könül Əliyeva
Şəfəq Həmidova

-52 kq
Leyla Əliyeva
Gültac Məmmədəliyeva

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova