Ölkəmizin cüdo yığmasının Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək “Qran-pri”də iştirak edəcək heyəti açıqlanıb.
Avropa Cüdo Birliyinin rəsmi saytının məlumatına görə, yığma yarışa 9 idmançı ilə yollanacaq.
"Football-plus.az" xəbər verir ki, kişilər arasında Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (70 kq) ölkəmizi təmsil edəcəklər.
Xatırladaq ki, avqustun 18-20-si aralığında keçiriləcək “Qran-pri”yə 88 ölkənin cüdoçuları qatılacaq.