Ölkəmizi Sloveniyada təmsil edəcək cüdoçular - SİYAHI

11.02.2026 22:54 20
İdman
14–15 fevral tarixlərində Sloveniyanın paytaxtı Lyublyanada cüdo üzrə Avropa Açıq Turniri keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək. İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Beynəlxalq yarışda 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) qüvvəsini sınayacaq.

Cüdo millimizin turnir üçün heyəti isə belədi:

Qadınlar
-48 kq

Şəfəq Həmidova

-52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
Könül Əliyeva

-57 kq
Fidan Əlizadə

-70 kq
Südabə Ağayeva

+78 kq
Madina Kaisinova