Zamiqin komandası səfərdə xal itirdi

22.03.2026 12:26 20
Dünya futbolu
Albaniya çempionatında 29-cu tura start verilib.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" "Elbasani"nin qonağı olub. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Zamiq eydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Eqnatiya" 51 xalla 3-cü pillədə qərarlaşıb.