Zamiq şans qazanmadı, komandası xal itirdi

19.01.2026 08:13 3
Dünya futbolu
Albaniya çempionatında 20-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi lider "Eqnatiya" 2-ci pillədə qərarlaşan “Elbasani"ni qəbul edib. Oyun 2:2 hesabı ilə başa çatıb. Həmvətənimiz olan müdafiəçi bu oyunda sona qədər ehtiyatda qalıb.

“Eqnatiya” 38 xalla 1-ci, “Elbasani” 35 xalla 2-ci sıradadı.