"Qarabağ"ın futbolçusu Andorraya qarşı oynayacaq

20.03.2026 19:15
Dünya futbolu
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro yığmasına çağırılıb.

"Football-plus.az" xəbər verir ki, Yankoviç millisinin heyətində Andorra (28 mart) və Sloveniya (1 aprel) yığmalarına qarşı keçiriləcək yoldaşlıq oyununda iştirak edəcək.

Hər iki görüş Podqoritsada baş tutacaq.