Yankoviç və Veşoviç milliyə dəvət aldı

15.11.2022 11:12 662
Dünya futbolu
"Qarabağ"ın 2 futbolçusu - Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına dəvət alıb.

Football-plus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 17-də Slovakiya, 3 gün sonra Sloveniya yığmasına qarşı keçiriləcək matçlar üçün heyətə çağırılıb.