Asim Xudiyevə UEFA-dan növbəti təyinat

20.03.2026 13:32
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq.

Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.

Qrupun qarşılaşmaları 25-31 mart aralığında Niderlandda təşkil olunacaq.