UEFA-dan Asim Xudiyevə yeni təyinat

22.03.2022 10:00 561
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

"Football-plus.az" saytının məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.

​Sözügedən qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda baş tutacaq.