UEFA-dan Asim Xudiyevə təyinat

31.08.2023 10:31 191
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan – Cəbəllütariq oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, sözügedən görüş sentyabrın 6-da Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliaya Arena”da keçiriləcək.