Millimiz ABŞ-a qalib gəldi, finala yüksəldi

15.03.2026 11:23 12
İdman
Qadınlardan ibarət 3x3 basketbol millimiz Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, yarımfinalda ABŞ millisi ilə qarşılaşan komanda 22:20 hesabı ilə qalib gəlib.

Millimiz finalda Niderland yığması ilə qarşılaşacaq. Final görüşü Bakı vaxtı ilə saat 14.05-da başlayacaq.

Turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.