Klubu ilə anlaşa bilmədi

7.03.2026 19:33 14
Dünya futbolu
Konrad Laymer klubu ilə anlaşa bilməyib.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın müdafiəçisi ilə rəhbərlik arasındakı yeni müqavilə üzrə danışıqlarda fasilə yaranıb.

“Sky”ın yaydığı məlumata görə, tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədikləri üçün danışıqlar dayandırılıb. Avstriyalı futbolçu hazırkı 10 milyon avroluq illik məvacibinin vergilər daxil olmaqla 15 milyon avroya qədər artırılmasını tələb edib. Rəhbərlik isə hələlik bu şərtlərlə razılaşmağa hazır olmadığını bildirib.

28 yaşlı Konradın klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. O, “Bavariya”nın forması ilə meydana çıxdığı 119 matçda 6 qol vurub və 16 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul