O, artıq “Real”a lazım deyil?

10.11.2025 21:54 16
Dünya futbolu
Antonio Rüdigerin mövsümün sonunda klubunu dəyişmək ehtimalı yaranıb.

Onun “Real” ilə yeni müqavilə üzrə aparılan danışıqları dayandırılıb. Buna futbolçunun əzələ zədəsi səbəb olub.

Məlumata görə, alman futbolçu ilə klub arasında ilk danışıqlar bir neçə ay əvvəl başlayıb, maliyyə şərtləri artıq müzakirə olunub və tərəflər razılığa gəlməkdə maraqlı olduqlarını bildiriblər. Ancaq hazırda danışıqlar dayandırılıb.

32 yaşlı müdafiəçinin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. Rüdiger “Real”da 2022-ci ilin yayından çıxış edir. O, bu mövsüm zədə səbəbindən yalnız bir matçda iştirak edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul