Duşan Vlahoviç yayda “Yuventus”u tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, Serb hücumçu klubunun yeni müqavilə təklifini rədd edib. “Corriere dello Sport”un yaydığı məlumata görə, rəhbərlik serbiyalı futbolçuya 8 milyon avro illik məvacib təklif edib. Duşan isə yeni müqaviləyə əsasən 10 milyon avro qazanmaq istəyir. Rəhbərliyin ona bu maaşı ödəməyi planlaşdırmadığı qeyd edilir.
Vlahoviçin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. 24 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.