"Kəpəz" rəhbərliyində dəyişikliklər - RƏSMİ

6.03.2026 15:59
Ölkə futbolu
“Kəpəz”də struktur dəyişikliyi həyata keçirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klubun İnfrastruktur rəhbəri Ruslan Məmmədov İcraçı direktor vəzifəsinə təyin olunub.

Akademiyanın administratoru Fərid Heydərov isə İnfrastruktur meneceri kimi fəaliyyət göstərəcək.