“Kəpəz” rəhbərliyi Veysəl Rzayevə baş çəkdi

12.02.2026 00:38 39
Ölkə futbolu
“Kəpəz”in İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov futbolçu Veysəl Rzayevi ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub nümayəndələri Veysəlin səhhəti ilə yaxından maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıb.