• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bizə ayrılan dotasiyanın yarıdan çoxu nəqliyyat xərclərinə gedir” - elitadakılardan avtobus istəyən klub rəsmisi

Ölkə futbolu / Aktual

6-03-2026, 10:0

“Şəki” maraqlı müraciət yayıb. “Halvaçılar” belə hesab edir ki, “Sabah”, “Neftçi” kimi klublar “Qarabağ”ın uğurları hesabına UEFA-dan alacağı 1,6 milyon manatın 600 minini 2-ci liqa klublarına avtobus almaqla yardım göstərsəydi, yaxşı olardı.

Maraqlıdı, belə müraciət təşəbbüsü kimdən gəlib? Adı çəkilən və çəkilməyən klublar buna hansısa şəkildə reaksiya veribmi?

Klubun lisenziyalaşdırma üzrə meneceri İlham Cəfərli suallarımızı cavabladı:

“Dünya praktikasında bunun nümunələri kifayət qədərdi. Avropanın aparıcı klubları - məsələn, “Bavariya” kimi nəhəng aşağı liqa komandaları ilə yoldaşlıq oyunları keçirməyə vaxt tapır. Bilet gəlirlərini həmin klublara bağışlayırlar və bunu futbol ailəsinə dəstək kimi qəbul edirlər. Halbuki onların oyun qrafiki bizim klublarla müqayisədə qat-qat sıxdı. Bizdə isə vəziyyət fərqlidi. Premyer-liqa klublarının həm büdcələri böyükdü, həm də oyun sayı Avropa nəhəngləri ilə müqayisədə daha azdı. Buna baxmayaraq, bu tip təşəbbüslərin şahidi olmuruq. UEFA tərəfindən ayrılan 1 milyon 600 min manat Azərbaycan futbolu üçün ciddi vəsaitdi. Bu məbləğ “Qarabağ”ın Avropadakı uğurları nəticəsində qazanılıb. Hesab edirik ki, həmin vəsaitin cəmi 600 min manatı ilə 2-ci liqadakı 12 klubun hər birinin nəqliyyat problemi həll oluna bilər. Bu böyük büdcəli klublar üçün bəlkə bir oyunçunun bir mövsümlük maaşıdı, amma 2-ci liqa klubları üçün böyük puldu. Bir avtobus bizim üçün böyük imkandı. Biz təkcə əsas komandadan ibarət deyilik. Aşağı yaş qruplarımız var, rayon və kənd uşaqları ilə işləyirik. Onları yarışlara aparırıq, seçimlərə çağırırıq, kəndlərdə yoldaşlıq oyunları təşkil edə, istedadlı uşaqları rayon mərkəzinə gətirə bilərik. Hazırda bizə ayrılan dotasiyanın yarıdan çoxu nəqliyyat xərclərinə gedir. Bir nəqliyyat vasitəsi həm maliyyə yükünü azaldar, həm də region futbolunun inkişafına real təsir göstərər. Bu təklif təkcə öz klubumuz yox, bütün 2-ci liqa klubları üçündü. Digər mühüm məsələ isə akademiyalarla bağlıdı. Təəssüf ki, bəzi böyük klublar bölgə klublarından akademiyalarına oyunçu cəlb edərkən motivasiya ödənişi etmək istəmirlər. Hətta gələcək satışdan yetişdirmə haqqı ilə bağlı maddənin müqaviləyə salınmasını istədikdə belə, oyunçudan imtina halları olur. Biz isə çox vaxt seçim qarşısında qalırıq: ya şərt qoyaq, ya da uşağın inkişafını düşünərək güzəştə gedək. Əksər hallarda uşağın gələcəyini üstün tuturuq. Bizim məqsədimiz qarşıdurma yaratmaq deyil. Sadəcə, hesab edirik ki, sistemli inkişaf üçün təməl klublara hörmət və dəstək mexanizmi olmalıdı. Çünki gələcəyin ulduzu bu gün 2-ci liqada, rayon komandasında formalaşır. Bəlkə də sabah həmin ulduz premyer-liqa klubunun siması olacaq. Hələlik bu təkliflə bağlı heç bir rəsmi reaksiya almamışıq. Cəmiyyətdə fərqli reaksiyalar var - dəstəkləyənlər də, tənqid edənlər də. Bu normaldı. Amma biz düşünürük ki, bu müzakirə Azərbaycan futbolunun gələcəyi üçün vacibdi”.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

15-05-2024, 15:0

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi

Ölkə futbolu

8-05-2025, 16:0

AFFA bu klublara lisenziya verdi

1-ci liqa / Manşet / Müsahibə

19-04-2023, 22:0

Diviziondakı bütün klublar premyer-liqa üçün müraciət edib - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

6-05-2022, 12:0

"Turan Tovuz" və "Kəpəz" rəsmən premyer-liqada

Ölkə futbolu

17-12-2025, 14:0

Premyer-liqa klubları ötən il nə qədər gəlir əldə edib?

Ölkə futbolu / Manşet

3-10-2023, 16:0

AFFA rəsmisi: “Həkimlər region klublarına, bölgələrə gedib işləmək həvəsində olmurlar”

Aktual
Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
“Zirə” də Sumqayıta sığınacaq?
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Son xəbərlər
  • Bu gün, 13:49
    Adi yay, qeyri-adi qeyri-müəyyənlik
  • Bu gün, 13:25
    Murad Məmmədov bu gün Cənubi Kiprə gedir – “Pafos”da neçə nömrə oynayacaq?
  • Bu gün, 13:06
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 12:54
    Avram ölkəsinə qayıtdı, çempionla anlaşdı
  • Bu gün, 12:23
    Acun Ilıcalı “Hall Siti” fanatlarına Antalyada istirahət şansı yaratdı
  • Bu gün, 11:51
    "Şamaxı"nın sabiq futbolçusu Ermənistan klubunda
  • Bu gün, 11:20
    Millimiz Alikantedə İspaniya ilə üz-üzə
  • Bu gün, 10:59
    “Hara gəldiyimi və məndən nə gözlədiklərini anlayıram” - İraola “Liverpul”un baş məşqçisi kimi ilk müsahibəni verdi
  • Bu gün, 10:28
    “Zirə” də Sumqayıta sığınacaq?
  • Bu gün, 09:57
    Türkiyə turnirə məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 251
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 250
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 218
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə