Avrokuboklarda artıq 1/8 final həyəcanı yaşanır. Bu mərhələnin püşkü atıldı və Türkiyə iki təmsilçi ilə yola davam edir.
"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasında ''Qalatasaray'' ''Liverpul'' ilə, Konfrans Liqasında ''Samsunspor'' ''Rayo Valyekano'' ilə qarşılaşacaq. Bu da o deməkdi ki, bu iki klubun Türkiyə çempionatının 27-ci turu çərçivəsindəki oyunları avtomatik təxirə salınıb.
Türkiyə Futbol Federasiyası daha öncə açıqlamışdı ki, Türkiyə yığmasının DÇ-2026-nın pley-offunda Rumıniya ilə oyuna daha rahat hazırlaşması üçün 27-ci turun oyunları 3 gün irəli çəkiləcək. Yəni normal şərtlərdə həftəsonu - 20-22 martda keçirilməli olan tur həftəiçi - 17-19 martda oynanılacaq. Həmin həftəiçi isə avrokuboklarda 1/8 finalların cavab oyunları nəzərdə tutulub. Ona görə də ''Qalatasaray'' ilə ''Samsunspor''un superliqa matçı keçirməsi mümkünsüzdü.
Maraq üçün bildirək ki, 27-ci turda ''Qalatasaray'' səfərdə ''Göztəpə'' ilə, ''Samsunspor'' isə səfərdə ''Çaykur Rizəspor''la qarşılaşacaq. Yəni bu oyunlar təxirə salınıb. Bu matçların yeni tarixi daha sonra federasiya tərəfindən açıqlanacaq.
''Qalatasaray'' və ''Samsunspor''un oyunları təxirə salındı
Dünya futbolu



