Türkiyə çempionatında cümə günü start götürəcək 1-ci turla bağlı xəbər var.
Avrokuboklarda iştirak edən klubların 1-ci turdakı oyunlarının təxirə salınacağı ilə bağlı iddialar rəsmən təsdiqini tapıb.
Türkiyə Futbol Federasiyasının qərarı ilə ''Fənərbaxça'' - ''Alanyaspor'', ''Kayserispor'' - ''Beşiktaş'' və ''Fatih Karagümrük'' - ''İstanbul BŞ'' oyunları təxirə salınıb. Bu qarşılaşmaların yeni tarixi barədə daha sonra məlumat veriləcək.
Xatırladaq ki, ''Fənərbaxça''nı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ''Feyenoord'' ilə çətin oyunlar gözləyir. İlk oyun bu gün, cavab matçı avqustun 12-də keçiriləcək.
''Şaxtyor''a uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirmək məcburiyyətində qalan ''Beşiktaş''ı İrlandiya təmsilçisi ''Sent Patriks'', ''İstanbul BŞ''ni isə Norveç təmsilçisi ''Vikinq'' ilə oyunlar gözləyir.