• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ağasəlim Mircavadov: “Deyirlər ki, “Sabah” çempion olmasın... Səhv fikirdi”

Ölkə futbolu / Manşet

28-02-2026, 11:0

Bazar günü, yəni martın 1-də Misli premyer-liqasında mövsümün ən önəmli oyunlarından birinə şahidlik edəcəyik.

Bu matçı istər liderlə son çempionun qarşılaşması adlandırın, istər Qurban Qurbanovla Valdas Dambrauskasın dueli, istərsə də çempionun adına böyük ölçüdə aydınlıq gətirəcək oyun. Söhbət elə görüşdən gedir ki, çempionatın bundan sonrakı axarına, heç şübhəsiz, ciddi təsir göstərəcək. Bəlkə yer yerindən oynayacaq, bəlkə qan su yerinə axacaq. Bu dəfə həqiqətən proqnoz verməkdə çətinlik çəkirik.

Yəqin ki, bu durum əksər futbolsevərlərə 1-ci dövrədə keçirilən “Sabah” – “Qarabağ” matçını xatırladır. Onda da qalibin adını təxmin etməkdə qərarsız idik ki, Masazır təmsilçisi “doğma divarlar” arasında əhəmiyyətli qələbə qazandı. Hər halda, budəfəki oyun nəticə baxımından daha vacibdi. Azı ona görə ki, turnir cədvəlindəki mənzərə böyük ölçüdə dəyişib.

Təcrübədən başqa silahı olmayan “Qarabağ”
Ağdamlılar fevral ayı ərzində 3 premyer-liqa, 1 ölkə kuboku, 2 Çempionlar Liqası matçı keçirdi. Sonuncu görüşün İngiltərədə “Nyukasl”a qarşı olduğunu nəzərə alsaq, komanda 24 gün ərzində 6 görüşdə tər tökməli olub. Qarşılaşmaları izləyənlər bilir ki, “köhlən atlar” “Nyukasl”a qarşı ev oyunundan başqa bütün görüşlərdə son saniyələrə qədər mübarizədən qopmamağa çalışıb. Əlbəttə, belədə böyük gücün sərf olunduğuna şübhə yoxdu.

Komandanın Bakıya 25-də qayıtdığını nəzərə alsaq, oyuna qədər istirahət və məşq üçün cəmi 4 gün vaxtı var. Amma hər şey bununla bitmir. Aparıcı futbolçulardan Kadi Borges cəzalı, Kamilo Duranla Bəhlul Mustafazadə zədəlidi. Kolumbiyalının oyunu buraxıb-buraxmayacağı hələ dəqiqləşməsə də, “Qarabağ”a istənilən səviyyədə yardım edə bilməyəcəyi bəllidi. Yenə də “köhlən atlar”ın şanslarını yüksək dəyərləndirməyə məcburuq.

Birincisi, artıq onların premyer-liqaya köklənməkdən başqa yolu yoxdu. Məsələn, “İmişli”yə qarşı matçda “Nyukasl”la oyunu fikirləşənlərin “Sabah”la oyuna fokuslana bilməsi yolunda maneə qalmayıb. İkincisi, “Qarabağ”ın belə oyunlar üçün yetərincə zəngin təcrübəsi var. Komanda vaxtilə “Qəbələ”yə, “Neftçi”yə, eləcə də “Sabah”a qarşı çempionluq mübarizəsi aparıb. Üçüncüsü, Qurban Qurbanov amili! Təbii ki, mütəxəssisin məşqçi keyfiyyətlərini xatırlatmağa ehtiyac yoxdu. Hə, bir də “doğma divarlar”. Hərçənd premyer-liqa oyunlarında bu məqam həlledici xarakter daşımır, ancaq hadisələri qabaqlamayaq. Bəlkə “Qarabağ” azarkeşiyəm” deyib ölkədaxili yarışlarda tribunalarda görünməyənlər insafa gələcək?!

Faktların favorit göstərdiyi “Sabah”
Bu məqamda “daş qayaya rast gəlib” misalından istifadə etmək yerinə düşür. Çünki “Qarabağ”ın qarşısında 10 oyunluq qələbə seriyası olan “Sabah” var. Və Masazır təmsilçisinin üstünlükləri bununla bitmir. “Sabah” çempionatın həm ən çox qol vuran, həm də ən az qol buraxan komandasıdı. Hələ onu demirik ki, “bayquşlar” mövsüm ərzində cəmi bir dəfə uduzub: avqustun 31-də! Yəni “Sabah” 6 aydı məğlubiyyət tanımır. Nə premyer-liqada, nə də ölkə kubokunda! Həqiqətən də “bayquşlar” bütün göstəricilərə görə “Qarabağ”dan öndədi. Baş məşqçi Valdas Dambrauskasın təcrübəsi də öz yerində. Təsəvvür edin, iş elə gətirə bilər ki, litvalı mütəxəssis “Sabah”ın sabiq məşqçisi Murad Musayevin qisasını Qurban Qurbanovdan alar!

İş ondadı ki, Masazır təmsilçisinin heyət baxımından da ciddi sıxıntısı yoxdu. Yalnız Stiv Solvetin oyunu buraxmaq ehtimalı var ki, bu da hələ dəqiq deyil. Deməli, “bayquşlar” “Qarabağ”ın önünə böyük ehtimalla ənənəvi start heyətiylə çıxa biləcək.

Bəs ağsaqqal nə deyir?
Oyunla bağlı təcrübəli mütəxəssis Ağasəlim Mircavadovun da fikirlərini öyrəndik:

“Qarabağ”ın meydana yorğun çıxacağını düşünmürəm. Dincəlmək üçün vaxt var. Komanda Nyukasldakı oyunun ikinci hissəsində ağıllı oynadı. Gücünü qənaətlə xərclədi. İndi çempion olmaq istəyirsə, “Sabah”ı məğlub etməlidi. Belə komandalar mövsüm ərzində 4-5 ağır matç keçirir ki, həmin oyunlardan mümkün xalların azı 60-70 faizini toplamasa, hədəfə çata bilməz. “Sabah”ın çox keyfiyyətl futbolçuları var. Müdrik oyun sərgiləyirlər. Ancaq düşünürəm ki, “Qarabağ”a qarşı oyunda həyəcanlı olacaqlar. Çünki qalib gəlmək həqiqətən çox vacibdi. Ağdam təmsilçisi isə belə durumlara öyrəşib. Deyirlər ki, “Sabah”la “Qarabağ” arasında 7 xal fərqi var. Mən belə düşünmürəm. Xal fərqi 4-ə bərabərdi. Bundan başqa, “Sabah” “Qəbələ” və “Kəpəz” ilə oyunlarda qol vəziyyətləri yaratsa da, çoxundan faydalana bilmədi. Komanda son vaxtlar orta sahədə daha fəal olur, nəinki hücumlarda. Yəqin ki, Valdas Dambrauskas komandanı “Qarabağ”la oyunda belə oynatmayacaq. Hər halda, güclü olan qalib gəlsin. Deyirlər ki, “Sabah” çempion olmasın... Səhv fikirdi. Premyer-liqada 4-5 komanda çempionluq uğrunda mübarizə aparmalıdı. Başqaları da çempion olmalıdı. Onda görəcəksiz ki, premyer-liqaya maraq var. “Xəzər Lənkəran”, “Neftçi”, “Qarabağ”... Bu komandaların elə matçları olub ki, unudulmur. Azı 15-20 min azarkeş tribunalara gəlib. Çünki mübarizə, intriqa var idi. İndi “Sabah” öndədi. Bu, vacib amildi. İnkişafın yolu budu. Proqnoz verim? Danışmaq çox çətindi. Bu oyunda səhvsiz oynamalısan, rəqibi səhvə yol verməyə məcbur etməlisən. Bunu kim bacarsa, qalib gələcək. Komandalar həm müdafiədə, həm də hücumda çox diqqətli olmalıdı. Onu dəqiq deyim ki, azarkeşlər əsl futbol bayramına şahidlik edəcəklər”.

Yeri gəlmişkən...
Oyunun biletləri dünən saat 18.00-dan etibarən satışa çıxarılıb. Biletlərin qiyməti 5, 10 və 20 manat aralığındadı. Biletlər "iticket.az"da onlayn, oyun günü isə həm "iticket.az"da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq. Qapılar azarkeşlər üçün start fitindən 120 dəqiqə əvvəl açılacaq. 

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

5-02-2026, 18:0

“Sabah” mövsümün əvvəlində bu səviyyədə olsaydı, hətta bəlkə Avroliqada əsas mərhələyə yüksələrdi”

Ölkə futbolu / Manşet

23-02-2026, 10:0

Dambrauskas Qurban Qurbanova o qədər qəzəblidi ki... – litvalı martın 1-ni iplə çəkir, bəs siz?

Premyer-liqa / Manşet

26-02-2023, 13:0

“Böyük oyun”un kölgəsində qalan “Azərbaycan derbisi”

Ölkə futbolu / Manşet

30-05-2025, 19:0

“Qarabağ” “Sabah”la oyunlarda hesabı açır, amma...

Manşet / Yazarlar

25-02-2026, 13:0

Bazar günü “Tofiq Bəhramov”u “partladaq"? – ÇAĞIRIŞ!

Ölkə futbolu / Manşet

13-02-2026, 15:0

“Qarabağ” yükdən qurtuldu... Amma Qurban Qurbanov yenə risk etməlidi!

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 108
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 104
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə