UEFA “Benfika”ya qadağa tətbiq etdi

23.11.2023 23:30 190
Çempionlar Liqası
Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Zaltsburq”la səfər oyununda bu komandanın azarkeşi olmayacaq.

"Football-plus.az" xəbər verir ki, UEFA Portuqaliya klubunu 4-cü turun “Real Sosyedad”la səfər oyununda (1:3) baş verən insidentə görə cəzalandırıb. Həmin matçda Lissabondan gələn azarkeşlər tribunadan meydana yad əşyalar atmışdılar.

“Benfika” qrup mərhələsinin sona çatmasına iki tur qalmış D qrupunda sonuncu yerdədi. Hələ ki xal qazana bilməyən komanda Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə şansını itirib.