“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Benfika” (Portuqaliya) ilə cavab matçı üçün iştirak ərizəsini UEFA-ya göndərib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli
Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Yan Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valero Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Resende, 15. Aleks Teyxeyra
Xatırladaq ki, görüş sabah Lissabondakı “Pavilhao Fidelidade”, saat 21.30-da başlayacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.