Çempionlar Liqasının pley-off mərhələsinin “Brügge” ilə ilk oyunu Antuan Qrizmann üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun 34 yaşlı yarımmüdafiəçisi start heyətində meydana çıxıb və sonadək oynayıb. Bu, onun Çempionlar Liqasında 113-cü oyunu olub. Nəticədə Antuan “Monako”, “Yuventus”, “Arsenal” və “Barselona”nın sabiq futbolçusu Tyeri Anrini (112 matç) geridə qoyub. Bununla da Qrizmann Avropanın ən nüfuzlu klub turnirində ən çox oyun keçirən 2-ci fransalı futbolçu adını qazanıb. 1-ci sırada 152 matçda iştirak edən Kərim Benzemadı.